Onlayn ictimai-siyasi qəzet
Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) rəhbəri Ukrayna hakimiyyəti ilə əlaqələrin bərpası istiqamətində işlərin aparıldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə o, yerli mətbuata verdiyi açıqlamada danışıb.
Onun sözlərinə görə, iki ölkə arasında yaranmış gərginliyə baxmayaraq, dialoqun bərpası və qarşılıqlı anlaşmanın əldə olunması üçün cəhdlər davam edir:
“Görüşmək və konsensus tapmaq lazımdır”, – deyə KQB rəhbəri bildirib.
Müşahidəçilərin fikrincə, bu bəyanat Minsk ilə Kiyev arasında uzun fasilədən sonra mümkün diplomatik təmasların bərpası istiqamətində mühüm siqnal kimi qiymətləndirilir.
Musavat.com
20 Oktyabr 2025
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ