Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən görüş zamanı Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə danışıqlarda irəliləyişə razı olmağa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” Avropa mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı Tramp açıq şəkildə bəyan edib ki, əgər Kiyev Moskvanın təklif etdiyi şərtləri qəbul etməsə, “Ukrayna dövlət kimi məhv ola bilər”. Eyni mənbələrin bildirdiyinə görə, iki lider arasında dialoq bir neçə dəfə gərgin mübahisəyə çevrilib və ABŞ prezidenti müzakirələr zamanı “daim nalayiq ifadələr işlədib”.
Qeyd olunur ki, görüş zamanı Zelenski Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyini vurğulasa da, Tramp müharibənin uzanmasının ölkə üçün “fəlakətli nəticələrə” səbəb ola biləcəyini bildirib.
Musavat.com
20 Oktyabr 2025
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ