Onlayn ictimai-siyasi qəzet
Sputnik Azərbaycan-ın icraçı direktoru İqor Kartavıx həbsdən azad edilib və Rusiyaya gedib.
Musavat.com-un məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bu barədə bildirib.
“Kartavıx həbsdən azad edilib və Rusiyaya uçub”-Zaxarova deyib.
Xatırladılır ki, Kartavıx və Sputnik Azərbaycan-ın digər əməkdaşları, o cümlədən baş redaktor Yevgeni Belousov iyunun sonunda saxlanılıb.
Onlara qarşı Azərbaycanda dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması maddələri ilə cinayət işi açılıb.
Musavat.com
20 Oktyabr 2025
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ