Onlayn ictimai-siyasi qəzet
Elm adamları sümüк xərçənginə qarşı yeni müalicə yolunu tapıblar
Elm adamları uşaqlarda və yeniyetmələrdə geniş yayılmış və çox sürətlə inkişaf edən "Ewing sarkoması" adlı sümüк xərçənginin zəif nöqtəsini müəyyən ediblər.
Musavat.com xəbər verir ki, Sevilyadakı Biomedikal Tədqiqatlar İnstitutunun araşdırması Oncogene jurnalında dərc olunub.
Alimlərin sözlərinə görə, bu xəstəlik hüceyrələrdə yaranan xüsusi bir zülal səbəbindən inkişaf edir. Həmin zülal hüceyrələrin içindəki təbii müdafiə mexanizmini “bloklayır” və bunun nəticəsində xərçəng hüceyrələri daha da sürətlə çoxalmağa başlayır. Lakin bu prosesi zəiflətmək mümkündür.
Tədqiqat göstərib ki, bu tip xərçəng “irinotekan” adlı kimyaterapiya dərmanına qarşı xüsusilə həssasdır. Dərman hüceyrələrin bölünməsi prosesini çətinləşdirir və nəticədə xərçəng hüceyrələri məhv olur.
Alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə daha təsirli və hədəfə yönəlmiş müalicə üsullarının hazırlanmasına imkan verəcək. Eyni zamanda, bu məlumat sayəsində həkimlər xəstələr üçün daha uyğun müalicə planı seçə biləcəklər.
Mütəxəssislər bildirirlər ki, yeni üsul təkcə xərçəngin yayılmasının qarşısını almağa kömək etmir, həm də bəzi hallarda müalicə nəticələrinin daha uğurlu olmasına şərait yaradır.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ