İnsanlara hürriyət, millətlərə istiqlal!

Dostunu ürəyindən güllələdiyini deyib polisə təslim oldu - FOTO

Yardımlıda ov zamanı bədbəxt hadisə baş verib.

Musavat.com oxu.az-a istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Ostayır kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Xəyyam Nağıyev Vüqar Əsgərovu güllələyərək öldürməkdə şübhəli bilinir. Hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Məlumata əsasən, onlar birinci heyvanı vurduqdan sonra ikinciyə atəş açmaq istəyiblər. Lakin həmin an yanlarında olan itin hərəkəti atəş istiqamətini dəyişib və güllə təsadüfən Vüqar Əsgərovun ürək nahiyəsinə dəyib. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, hər iki şəxs ailəli olublar və hər ikisinin üç övladı var. Onların uzun illər dostluq münasibətləri olduğu bildirilir.

Hadisədən dərhal sonra Xəyyam Nağıyev polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.

1298698_(1).jpg (29 KB)

Fotoda qətlə yetirilən Vüqar Əsgərov

1298698_(2).jpg (74 KB)

Fotoda qətli törətməkdə şübhəli bilinən Xəyyam Nağıyev

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR