İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Prezidenti ABŞ-yə yeni səfir təyin edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-yə yeni səfir təyin edib.

"Report" "Akorda"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Mağcan İlyasov təyin olunub.

Eyni zamanda, Tokayev İlyasovu Böyük Britaniyada, həmçinin İslandiya və İrlandiyada respublikanın səfiri vəzifəsindən azad edib. O, Britaniya səfiri vəzifəsini 2022-ci ildən tutub, bundan əvvəl İlyasov iki il ərzində ölkənin BMT-dəki daimi nümayəndəsi olub, daha əvvəl isə dörd il Qazaxıstanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsində çalışıb.

Qazaxıstanın ABŞ-dəki əvvəlki səfiri Yercan Aşıkbayev sentyabr ayında Tokayev tərəfindən istefaya göndərilib. Eyni zamanda, prezident öz administrasiyasında kadr dəyişiklikləri edib və respublikanın XİN başçısını dəyişib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR