Onlayn ictimai-siyasi qəzet
Boliviya prezidenti Luis Arse senator Rodriqo Pası prezident seçkilərinin ikinci turunda qələbəsi münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, o, X hesabında paylaşım edib:
"Boliviyada keçirilən tarixi ikinci turda prezident seçilən Rodriqo Pas Pereyranı təbrik edirəm və onun hökumətinə uğurlar arzulayıram".
Luis Arse "hakimiyyətin nizamlı şəkildə ötürülməsinə" hazır olduğunu bəyan edib:
"28 ildə ilk dəfə olaraq hakimiyyət bir seçilmiş hökumətdən digərinə keçəcək".
Boliviya prezidenti həmçinin Ali Seçki Məhkəməsini "əla işinə" və seçkilərin nəticələrinin tez dərc olunmasına görə təbrik edib. Daha əvvəl Pasın rəqibi Xorxe Quiroqa bildirmişdi ki, onun komandası səslərin hesablanması zamanı bəzi pozuntular barədə məlumat alıb, lakin məğlubiyyətini etiraf edib. Ali Seçki Məhkəməsinin açıqladığı məlumatlara görə, mərkəzçi Xristian Demokrat Partiyasının namizədi seçicilərin 54,61 faizinin dəstəyini qazanıb. Seçilmiş prezident noyabrın 8-də vəzifəsinin icrasına başlayacaq.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ