İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ukrayna mövcud təmas xəttində dayanmalıdır – Tramp

Rusiya və Ukrayna qüvvələri hərbi əməliyyatları dayandırmalı və hazırkı təmas xəttində qalmalıdır.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu fikirdədir.

Tramp fikrini öz təyyarəsində jurnalistlərlə söhbətində açıqlayıb:

"Biz hesab edirik ki, onlar sadəcə təmas xəttində dayanmalıdırlar. Hazırda təmas xətləri var. Başqa bir şeylə razılaşmaq çox çətindir. O qədər müxtəlif dəyişikliklər var ki. Ona görə də deyirəm ki, onlar sadəcə olaraq təmas xəttində dayanmalıdırlar".

O, oktyabrın 17-də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə Donbasa nəzarətin Rusiyaya verilməsi ilə bağlı məsələləri müzakirə etmədiyini bildirib.

Tərəflərin Donbasa nəzarəti ilə bağlı Tramp deyib:

"İndiki kimi bölünsün. Məncə, ərazinin 78 faizi artıq Rusiya tərəfindən alınıb. Qoy olduğu kimi qalsın. Onlar nəyisə sonra razılaşdıra bilərlər".

Bundan əvvəl Donald Tramp "Fox News" telekanalına müsahibəsində bəyan etmişdi ki, Ukraynada münaqişəyə son qoyulması Kiyev üçün ərazi itkisi demək olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR