Onlayn ictimai-siyasi qəzet
Bir dövrün tanınmış TRT aparıcısı və teatr aktyoru Korhan Abay uzun fasilədən sonra Nişantaşında avtobus gözləyərkən kameralara tuş gəlib.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, TV8-in kameralarına tuş gələn Abay “Təqaüdə çıxmışam, amma hələ də işləyirəm” sözləri ilə diqqət çəkib.
O, müxbirin “Necəsiniz, nə edirsiniz?” sualına gülümsəyərək cavab verib:
“Yaxşıyam vallah, pis deyiləm, işləyirəm... Təqaüdə çıxmışam, amma hələ də fəalam. Korporativ müsabiqələr, bilik yarışları, futbol oyunları təşkil edirik. Əslində, olduqca məşğulam”.
Sənətçi teatra olan sevgisindən də danışıb:
“Bir-iki təklif almışam, onlardan biri Sabahattin Alinin əsəri idi. Keçən gün Ali Poyrazoğlu da zəng etdi. Bəlkə yenidən teatr səhnəsinə çıxaram. Səhnə üçün çox darıxmışam”.
Korhan Abay gününün necə keçdiyi barədə isə bunları bildirib:
“Evdə itlərimiz var, onların qayğısına qalıram. Onlar mənim dostlarımdır”.
Sənətçi küçədə rahat gəzə bilməsinin səbəbini belə izah edib:
“Əvvəllər hər kəs məni tanıyırdı, indi o qədər tanımırlar. Bu səbəbdən rahat gəzə bilirəm”.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ