Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün şübhəli ölümü ilə bağlı danışanlardan biri də onun yaxın dostu Kobra Murat olub.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Murat öz açıqlamalarına aydınlıq gətirib.
O, yanlış başa düşüldüyünü bildirib:
“Yanlış başa düşüldüyümü düşünürəm və bunu düzəltmək istəyirəm. Güllü ilə illərlə birlikdə işlədik, səfərlərə, konsertlərə getdik. Yaxşı və pis günlərimiz oldu. Güllü mənim canımdır, onun övladları da mənim övladlarım kimidir. Birlikdə çox gözəl günlər keçirdik. Bu dəhşətli hadisə baş verəndə mən səhnədən yeni gəlmişdim. Sosial mediada yayılan sözləri eşidəndə çox sarsıldım. Heç kim Güllünün oynayaraq pəncərədən düşəcəyinə inanmadı.
Mən sadəcə hadisə aydınlığa çıxsın deyə danışdım. Dedim ki, hər kəs damlara baxır, bir az da aşağıya baxsın. Amma sözlərim çox yanlış anlaşılıb. Mən demək istəmişdim ki, olayı başa düşdüm, burada cinayət yoxdur. O övladlar analarına əsla zərər verməzlər. Onların acısını ürəkdən bölüşürəm. Mən əsla “analarını itələyiblər” deməmişəm. Hamıdan, xüsusilə də övladlarından üzr istəyirəm”.
Kobra Murat hadisədən sonra verdiyi ilk açıqlamada diqqətçəkən fikirlər səsləndirmişdi. O, Güllünün dırnaqlarında yad DNT izinə rast gəlinməməsini əsas gətirərək, “Cinayətin necə baş verdiyini tapmış kimiyəm” demişdi.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ