Onlayn ictimai-siyasi qəzet
Bir nəfər qeyrətli oğlan xaricdən gəlib övrətini doğradı, sonra özü də qeyrətli şəkildə öldü. Ümumiyyətlə, fikir vermişik, bizdə ən qeyrətli oğlanlar uzun müddət külfəti atıb xaricə işləməyə gedənlər arasından çıxır. Bu da görünür xaricdə çoxlu qeyrət istehsal edilməsiylə bağlıdır. Çalışmaq lazımdır milli qeyrət potensialımızın xarici idxaldan asılılığı azaldılsın.
Söz açılmışkən, bu gün bir yas yerindəydim, sizlərdən iraq olsun, hamımızın son qəmimiz olsun, molla çox kreativ çıxışlar edirdi. Multikulturalizmdən girib, xaricdə kilsə tikməyimizdən çıxırdı, namaz qılanda əlin bioenergetika yaratdığından başlayıb, “Uzaq sahillərdə” filmindəki “şəhərdə iki-iki gəzmək qadağandır” epizodunun əslində İmam Əlinin dövründəki hansısa vəziyyətə işarə olmasında qurtarırdı. İctimai Televiziyanın yerində olsam, hər gün onu efirə çıxardaram. Unikal tip idi. Lazım olsa adresini atıram, Zığ tərəfdə “Ağrıdağ” mərasim evində çıxış edir. Elə məkanın adını da moizəsində unutmadı, dedi bizim hələ görüləcək işlərimiz çoxdur, İrəvanı almalıyıq. Amma ən mükəmməl çıxışı Mirzə Ələkbər Sabirlə bağlı oldu. Dedi ki, Sabir görün nə yazıb, qeyrətimiz bəllidir hər millətə, bununla da Azərbaycan xalqının hamıdan qeyrətli olmasını təsvir edibdir. Əlim üzümdə qaldı, hamı da elə bildi dayanmadan salavat çevirirəm. Vallah, mən hələ belə unikal ədəbi təhlilə rast gəlməmişdim.
Qayıdaq mövzuya. Mövzu isə budur ki, cəmiyyətimizdə aqressiyanın artmasında medianın rolu çoxdur. Misal üçün, elə həmin qeyrət dağarcığının cırılması əhvalatı barədə şərh yazan hansısa sarsaq jurnalist belə cümlə işlətmişdi: “Arvad xəyanət edibsə, daha niyə öldürürsən, boşa, rədd olsun getsin”. Guya “rədd eləmək” nəsə mədəni cümlədir. Bu sarsaq anlamır ki, qətl də elə hardasa aşağı-yuxarı rədd eləmək üsuludu.
Yaxud, bəzi media başlıqlarına baxanda anlamırsan bunlar insan cəmiyyətində baş verir, yoxsa hansısa zooparkdan reportajdır: “Müəllimlər əlbəyaxa oldular”, “20 qəpiyin üstündə uşağı bıçaqladı”, “Sənin başın üçün deyil”, “Sizin danışığınıza tüpürüm”... Məncə bir qədər xodu almaq lazımdır. Əlaqədar orqanlar gərginliyə nəzarət etməsə transformator özü yanacaq.
Qadın qətlləri də, maşallah, artıq cüt-cüt baş verir. Hər gün ölkənin hansısa yerində mütləq bir zənən öldürülür. Nə profilaktik tədbirlər var, nə cəmiyyətin öz qoruma mexanizmləri. Boşanan, boşanmayan, uşaqlı, qısır, dul, tələbə, nənə, ana, məktəbli, uşaq, döl... Dəxli yoxdur. Kimin imkanı nəyə çatsa, gücü kimə çatsa qətlə yetirir. Məncə bu qadın soyqırımını dayandırmağın artıq yeganə yolu qalıb: qadınlara silah verilməlidir. Qaz tapançası, pistolet, elektroşok, “Kalaşnikov”, nə bilim, F-1 qumbarası, erkəklər əleyhinə mina, ZTR... Nə olsa qənimətdir. Yoxsa bu vəhşi qətliam dayanmayacaq.
Özü də sizə bir müqayisə açım: bizdə deputatlara hər hansı təhlükə yoxdur, çünki nə camaat onları tanıyır, nə də onlar el arasına çıxırlar, lakin deputatların silah daşımaq hüququ var. Amma qadınlar hər gün, hər yerdə böyük risk altındadır, silahları isə yoxdur. Buna təcili əncam çəkilsin. Qadınlar rəsmi şəkildə, dövlət tərəfindən silah-sursatla təmin edilsin.
Ramiz Mehdiyevin bu prosesdə roluna gəldikdə, qeyd etməliyəm ki...
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ