Onlayn ictimai-siyasi qəzet
Məşhur müğənni və aktrisa Cennifer Lopez son müsahibələrindən birində keçmiş həyat yoldaşlarının onu sevmədiyini və onlarda “lazımi emosional qabiliyyətin” olmadığını bildirmişdi.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözlərdən sonra onun 1997–1998-ci illərdə evli olduğu ilk həyat yoldaşı Ocani Noa sosial şəbəkə hesabında sərt cavab paylaşıb.
Noa Lopez üçün sadiq və sevgi dolu bir ər olduğunu vurğulayıb:
“Səni sevirdim. Sənin üçün köçdüm, işimi və dostlarımı geridə qoydum. Səni qorudum, sənə qayğı göstərdim. Mən sənə qarşı dürüst və sadiq idim, səni heç vaxt aldatmadım. Mən sənin üçün çox yaxşı bir kişi oldum. Amma sən şöhrəti üstün tutdun”.
O, sözlərinə belə davam edib:
“Sən karyeranı hər şeydən önə çəkdin, məni isə saymadın. Yalan danışmağı və məni aldatmağı seçdin. Daha çox yalanla yaşaya bilmədiyim üçün səni tərk etdim və boşandım”.
Noa Lopezə həqiqəti deməyə çağırıb:
“Heç olmasa bir dəfə insanlara olanları danış. Problemin özündə olduğunu qəbul et. Özündən utanmalısan”.
Musavat.com
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ