İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını dayandırdı

İsrail hökuməti bölgədə baş verən yeni gərginlik fonunda Qəzza zolağına humanitar yardımın çatdırılmasını qeyri-müəyyən müddətə dayandırıb. Bu barədə İsrailin Ynet portalı məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, qərar bölgədə təhlükəsizlik vəziyyətinin kəskinləşməsi və son hərbi əməliyyatlarla bağlı qəbul edilib. Yardımın dayandırılması Qəzzada artıq ağır olan humanitar böhranı daha da dərinləşdirə bilər.

Hazırda Qəzzada ərzaq, su, yanacaq və tibbi ləvazimat çatışmazlığı davam edir. BMT və beynəlxalq humanitar təşkilatlar İsraili yardım marşrutlarını dərhal bərpa etməyə çağırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR