Onlayn ictimai-siyasi qəzet
Şimali Kipr Türk Respublikası (ŞKTR) bu gün prezident seçkilərini keçirir. Səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 09:00-da) başlayıb və 18:00-da (Bakı vaxtı ilə 19:00-da) başa çatacaq.
Musavat.com xəbər verir ki, məlumata görə, ŞKTR-də 218 313 seçici qeydiyyatdan keçib. Onlar bülletenlərdə adı olan səkkiz namizəddən birinə səs verə biləcəklər.
Seçkilər regionda siyasi balansın və Ankarayla münasibətlərin gələcək istiqamətini müəyyən edəcək mühüm hadisə kimi qiymətləndirilir.
Səsvermənin nəticələrinin gecə saatlarında açıqlanacağı gözlənilir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ