Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Samara vilayətində və Orenburqda gecə saatlarında baş verən dron hücumu ölkənin enerji sənayesini silkələyib.
Musavat.com xəbər verir ki, yerli sakinlərin yaydığı kadrlarda Novokuybışevsk Neft Emalı Zavodundan qalxan nəhəng tüstü sütunları aydın görünür.
Məlumata görə, hücuma məruz qalan müəssisə “Rosneft” şirkətinə məxsusdur. Eyni zamanda, Orenburq Qaz Emalı Zavodu da dron zərbəsinə tuş gəlib, bu barədə yerli hakimiyyət orqanları təsdiqləyib.
Rusiya mediası və sosial şəbəkələrdə paylaşılan görüntülərdə partlayış səsi və alovun kilometrlərlə uzaqdan göründüyü bildirilir. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və fövqəladə xidmət əməkdaşları cəlb olunub.
Mənbələrə görə, bu hücumlar Rusiyanın enerji infrastrukturuna qarşı son aylarda artan pilotsuz zərbələr seriyasının bir hissəsidir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ