Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ölkəsində yüz minlərlə müsəlmanın yaşamasına baxmayaraq, Avropada müsəlman adlarının artmasını “problem” kimi təqdim edib. Bu isə açıq şəkildə İslama qarşı nifrət və dini düşmənçilik nümunəsidir.
Musavat.com xəbər verir ki, Birinci Kanalın efirində çıxış edən Kobaxidze Avropadakı miqrasiya proseslərini tənqid edərkən, xüsusilə İslam dininə işarə edən fikirlər səsləndirib. Baş nazirin sözlərinə görə, miqrasiya prosesi Avropa İttifaqında ciddi sosial dəyişikliklərə və problemlərə səbəb olub.
Kobaxidzenin İslamı hədəfə alan sözləri belə səslənib:
“Görürsünüz də, miqrasiya prosesləri Avropa və Avropa İttifaqına hansı problemləri gətirib. Məsələn, ötən ilin göstəricilərinə əsasən, Berlində Muhamməd adı ən çox qoyulan adlardan biri olub. Bu, Avropanın əsas paytaxtlarından birində baş verir. Bütün İngiltərə miqyasında da ən çox qoyulan ad Muhamməddir. Bu, Avropanın başına gələn problemlərin göstəricisidir,” – deyə Kobaxidze bildirib.
Bu fikirlər dini kimliyə qarşı yönəlmiş açıq ayrı-seçkilik kimi qiymətləndirilir. Avropadakı müsəlmanların artmasını “problem” adlandırmaq təkcə Avropaya yox, bütün İslam dünyasına qarşı hörmətsizlikdir.
Gürcüstanın baş naziri öz çıxışı ilə dini dözümlülük və qonşuluq münasibətləri prinsiplərinə zidd mövqe sərgiləyib. Bu bəyanat, İslama qarşı nifrət və düşmənçilik ritorikasının hökumət səviyyəsində səsləndirilməsinin təhlükəli nümunəsinə çevrilib.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ