İnsanlara hürriyət, millətlərə istiqlal!

Kilsə İrəvanda Paşinyana qarşı etirazlara başladı – Moskva “üsyan düyməsini” basdı - VİDEO

İrəvanın mərkəzində yerləşən “Azadlıq” meydanı bu gün gərgin mənzərələrə səhnə olub.

Musavat.com xəbər verir ki, burada, Rusiya ilə sıx əlaqləri ilə tanınan, həbsdə olan iş adamı Samvel Karapetyanın şəbəkəsi və erməni kilsəsinin nüfuzlu nümayəndələri baş nazir Nikol Paşinyana qarşı kütləvi aksiya keçiriblər.

Mitinqdə “Nikolun terroruna yox!”, “Samvel Karapetyana azadlıq!”, “Biz Kilsə ilə birlikdəyik!” kimi şüarlar səslənib. Aksiyanın ön cərgəsində Qugark yeparxiyasının rəhbəri yepiskop Ovnən Akopyan və Eçmiədzin idarə aparatının direktoru yepiskop Muşeq Babayan yer alıblar.

Tədbir ənənəvi dua mərasimi ilə başlayıb — bu isə siyasi aksiyanın dini ton aldığını göstərib.

Son günlər Ermənistan Kilsəsi rəhbərliyinin bir hissəsi açıq şəkildə müxalifətin tərəfində yer alır. Katolikos Qaregin II və bir sıra ruhanilər müxalif etirazlara dəstək verməkdə günahlandırılır.

Musavat.com yazarının fikrincə, bu etirazlar təsadüfi deyil — Kremlin təsir dairəsində olan kilsə və oliqarx çevrələri Paşinyanın qərbyönlü və Azərbaycanla barış siyasətinə qarşı aktivləşib. Moskva, faktiki olaraq, “üsyan düyməsini basıb” və Ermənistan daxilində yeni dini-siyasi cəbhə açılıb.

Bu hadisə Ermənistanın daxili sabitliyinə növbəti zərbə kimi qiymətləndirilir. Çünki etirazların arxasında həm maliyyə, həm də ideoloji baxımdan Rusiya kilsə strukturlarına bağlı qüvvələrin dayandığı artıq gizlədilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR