Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, “Tv Musavat”ın canlı efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Ramiz Mehdiyevin həbsi ilə bağlı mühüm açıqlamalar verib. O bildirib ki, bu hadisə təkcə bir şəxsin məsuliyyətə cəlb olunması deyil, dövlət sistemində köklü təmizlənmə prosesinin başlanğıcıdır:
“Ramiz Mehdiyevin həbsi artıq bir siyasi qərardır. Bu olduqca cəsur, ciddi və radikal bir qərardır. Bu o deməkdir ki, rusyönümlü sabiq və indiki məmurlar, deputatlar hakimiyyətdən, cəmiyyət isə onlardan təmizlənəcək.”
Rauf Arifoğlu qeyd edib ki, məsələ təkcə 87 yaşlı sabiq akademikə qarşı ev dustaqlığı ilə məhdudlaşmır:
“Bu, illərlə dövlət orqanlarında, Milli Məclisdə, media və ictimai sektorda Ramiz Mehdiyevin təsiri altında fəaliyyət göstərmiş şəbəkənin ifşası prosesidir. 2019-cu ildən başlayan, Vətən müharibəsi və sonrakı dövrdə müxtəlif prioritetlər səbəbindən bir müddət dayandırılan bu proses indi yenidən aktiv fazaya keçib. Mehdiyev bu şəbəkənin əsas həlqəsidir və onun zərərsizləşdirilməsi ilə sistem daxilindəki rusyönümlü dairələrin tam ifşası baş verəcək.”
Rauf Arifoğlunun sözlərinə görə, bu mərhələdən sonra Milli Məclisdə və dövlət strukturlarında Rusiyaya (İrana) bağlılığı olan bütün şəxslər – istər məmurlar, istər deputatlar, istərsə də ictimai fiqurlar – bir-bir ortaya çıxacaq və məsuliyyətə cəlb olunacaqlar.
Müsahibənin həmin bölümünün lent yazısını təqdim edirik.
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ