Onlayn ictimai-siyasi qəzet
Federal hökumətin bağlanması davam edərsə, ABŞ administrasiyası ekstremal tədbirlərə əl ataraq Demokratların dəstəklədiyi çoxsaylı proqramları həmişəlik ləğv edə bilər.
Musavat.com xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett Fox News telekanalına deyib:
"Hökumət gələn həftə yenidən açılmasa nə olacağını görəcəyik. Bunun nə qədər davam edəcəyini bilmirəm. Respublikaçılar həddindən artıq tədbirlərə əl atmalı ola bilər".
Hasset bağlanmada administrasiyanın Demokrat siyasi rəqiblərini günahlandırıb. O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp “əgər qanuni olaraq demokratlar hökuməti bağlasalar, bizim müəyyən şeylər üçün pulumuz yoxdur və biz onları həmişəlik dayandıra biləcəyimizi” deyib: "Biz müdafiə proqramları istisna olmaqla, demək olar ki, hər şeyi dayandıra bilərik, çünki bizim milli təhlükəsizliyimiz vacibdir. Prezident demokratların sevimli proqramlarını həmişəlik dayandıra bilər. Bu, qanunidir, lakin o, hələ bunu etməyib".
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ