Onlayn ictimai-siyasi qəzet
Azərbaycan futbolunun acınacaqlı vəziyyəti bir daha üzə çıxıb. Vaxtilə “Şəmkir”lə yanaşı, “Neftçi”, “ANS-Pivani” və “Kəpəz” klublarında çıxış etmiş, milli komandada da 1 oyun keçirmiş tanınmış futbolçu Əli Abışov bu gün toylarda nağara ifa edir.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Futbolinfo “Facebook” səhifəsində yayıb.
İdman ictimaiyyəti hesab edir ki, bu, təkcə bir futbolçunun yox, bütövlükdə Azərbaycan futbolunun taleyini əks etdirən simvolik mənzərədir. Vaxtilə stadionlarda alqışlanan idmançılar bu gün səhnə arxasında, toylarda dolanışıq dalınca gedir. Bu isə sistemli dəstəyin və veteran futbolçulara qayğının nə qədər zəif olduğunu bir daha göstərir.
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ