Onlayn ictimai-siyasi qəzet
Türkiyə İnsan Haqları və Azadlıqları Fondu (İHH) Qəzza zolağında İsrailin hücumları nəticəsində yaranan dağıntıların təmizlənməsinə başladığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə fonddan "RİA Novosti"yə bildirilib.
"İsrailin hücumları nəticəsində dağıdılan Qəzza zolağının şimalında həyat yenidən canlanır. Biz əsas yaşayış şəraitini bərpa etmək üçün dağıntıları təmizləməyə, yolları bərpa etməyə və ətraf mühiti qorumağa başladıq", - məlumatda deyilir.
Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen isə "X"də yazıb ki, "Qəzza zolağında atəşkəsi təmin etdiyi kimi, Türkiyə də Qəzzada yenidənqurma işlərinə ictimai təşkilatlar və könüllü qruplar vasitəsilə bütün lazımi dəstəyi Misirlə çiyin-çiyinə verəcək".
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ