İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi İrəvandan Rusiyaya təhdid kimi mesaj: Tənqidləri dayandırın!

Ermənistan XİN rəhbəri: “Rusiya mediası və siyasətçilərinin tənqidləri iki ölkə arasında anlaşılmazlığı dərinləşdirir”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibəsində çıxış edərək, Rusiya mediasında, deputatlar və siyasətçilər arasında Ermənistana, onun hökumətinə, demokratik dəyərlərinə və suveren qərarlarına qarşı yönələn sərt tənqidləri kəskin şəkildə pisləyib.

Musavat.com bildirir ki, nazirin sözlərinə görə, bu cür addımlar İrəvanla Moskva arasında mövcud olan gərginliyi daha da artırır:

“Əlbəttə, bu cür yanaşmalar anlaşılmazlığı, hətta münasibətlərdə parçalanmanı və fikir ayrılıqlarını dərinləşdirir. Biz bu məsələni dəfələrlə rusiyalı həmkarlarımızın diqqətinə çatdırmışıq – xüsusilə də Ermənistan rəhbərliyinə və dövlət siyasətinə qarşı yönələn media və təbliğat hücumları ilə bağlı”, – deyə Mirzoyan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR