İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yanacaqdoldurma məntəqələrində XAOS: Sürücülər saatlarla növbədə dayanır - VİDEO

Rusiyanın Surqut şəhərində sürücülər ucuz benzin almaq üçün saatlarla növbə tuturlar. Nəticədə şəhərin yanacaqdoldurma məntəqələrinin qarşısında kilometrlərlə avtomobil tıxacı yaranır.

Musavat.com xəbər verir ki, bununla bağlı görüntüləri telegram kanalları yayıb.

Məlumata görə, sürücülər yanacaqdoldurma məntəqələrinin açılmasından bir neçə saat əvvəl növbəyə başlayırlar. Bu səbəbdən sakinlər səhər tezdən uzun tıxaclarla qarşılaşırlar.

Ekspertlər hesab edir ki, Rusiyada benzinin qiymətinin yüksək olması və ucuz yanacağın məhdud miqdarda təqdim olunması belə vəziyyətlərin yaranmasına səbəb olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR