Onlayn ictimai-siyasi qəzet
Bakıda yaşlı kişi marketdə döyülüb.
Hadisə Binəqədi rayonu M. Davudoğlu küçəsində yerləşən “Rahat” marketdə qeydə alınıb.
Paytaxt sakini olan yaşlı kişi “Oba” marketdən çörək və başqa qida məhsulları aldıqdan sonra, həmin mağazanın emblemli torbası ilə “Rahat” marketə daxil olub. Burada o, “Oba”da tapmadığı məhsulu axtarırmış. Lakin burada da onu tapmadığı üçün obyekti tərk etmək istəyib.
Bu zaman “Rahat” marketin mühafizəçisi olan 20 yaşlı Vidadi Qədimov (ad və soyad şərtidir) onu saxlayaraq, torbada nə olduğunu soruşub. Nəticədə tərəflər arasında mübahisə yaranıb.
Təqsirləndirilən şəxs bildirib ki, vəzifəsi marketdən oğurluq hallarının qarşısını almaqdır. Buna görə də həmin şəxsdən torbada nə olduğunu və onları haradan aldığını soruşub:
“Lakin müştəri kobud danışaraq, “sən kimsən?” dedi. Mühafizəçi olduğumu bildirdim. Düzdür, həmin vaxt formada deyildim və iş vəsiqəm də üzərimdə götürməmişdim. Müştəri torbada nə olduğunu soruşduğum üçün çox əsəbiləşdi və saymazyana söyməyə başladı. Əvvəl ona fikir vermədim, yanından uzaqlaşdım. Amma gördüm ki, davam edir, dözməyib qayıtdım və sifətinə yumruqla zərbə vurdum. Əməlimdən peşmanam”.
Zərərçəkənin sözlərinə görə, zərbənin təsirindən geriyə gedib və huşunu itirərək, yerə yıxılıb.
Hadisə ilə bağlı Vidadi Qədimov barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi açılıb. Lakin məhkəmə istintaqı zamanı ittiham 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsinə tövsif edilib.
Binəqədi rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs barəsində 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.//Lent.az
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ