İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədə DƏHŞƏTLİ ANLAR: 10 kilometr hündürlükdə PARTLAYIŞ - VİDEO

Çin şirkətinə məxsus “Airbus A321” təyyarəsində Hançjou-Seul reysi zamanı insident baş verib.

Musavat.com xəbər verir ki, 10 kilometr hündürlükdə uçuş zamanı sərnişinlərdən birinin gətirdiyi “powerbank” alovlanıb.

Hadisə baqaj rəfində qeydə alınıb.

Qısa müddətdə salonda tüstü və boğucu duman yaranıb. Ekipaj vəziyyəti nəzarətə götürərək təcili eniş üçün Şanxay-Pudun hava limanına müraciət edib.

Ancaq stüardessalar peşəkar reaksiya göstərərək yanğını təyyarə eniş etməmişdən əvvəl söndürməyə nail olublar.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR