Onlayn ictimai-siyasi qəzet
Bakıda kişi özündən yaşca böyük sevgilisini döyüb.
Hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü Qəhrəman Ağayev (adı və soyadı şərtidir) Bakıda boşanmış, 3 uşaq anası olan qadınla tanış olub. O, 4 il həmin qadınla sevgili olduqdan sonra aralarında problem yaranıb və qadın Qəhrəmandan ayrılmaq istəyib. Qəhrəman isə ona evlənmək və birgə yaşamağı təklif edib. O, taksi ilə Abşeron rayonunun Qobu qəsəbəsinə - qadının yaşadığı evə gedərək, onu evlərinə gətirmək istəyib. Gecə saat 23 radələrində Qəhrəman sevdiyi qadını yaşadığı evə gətirərək, anası ilə tanış etmək istəyib. Qəhrəmanın anası qadının o evdə yaşamasına icazə verməyib və oğlu ilə onun sevgilisini söyərək evdən qovub.
Qəhrəman və sevgilisi gəldikləri taksi ilə yenidən Qobu qəsəbəsinə qayıdıblar. Yolda qadın Qəhrəmanın anasının ünvanına təhqiramiz söyüşlər söyüb. Anasının təhqir edilməsinə dözə bilməyən Qəhrəman avtomobildə qadını döyüb. Qadın avtomobildən düşüb qaçıb və Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq, şikayət edib.
Hadisə yerinə polis əməkdaşları gələrək Qəhrəman Ağayevi saxlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Q.Ağayevə 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. (Oxu.Az)
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ