İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gəlinim sudan durudur, oğlumun beyninə girmişdilər” - VİDEO

Ötən gün Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 29 yaşlı Mətanət Hacızadənin qayınanası danışıb.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, gəlininin toya tək getməsi barədə oğluna məlumatlar verilib:

"Yalandan deyiblər ki, guya gəlin uşaqları da qoyub təkbaşına toya gedib. Dedim, ay oğul, sənə yalan deyirlər. Beyninə o qədər girmişdilər ki... Mənim gəlinim aydan arı, sudan durudur. Bir dənə səhvi olmayıb. O qədər beynini doldurmuşdular ki, ancaq deyirdi öldürəcəyəm".

Xatırladaq ki, xanımını atası evində qətlə yetirdikdən bir neçə saat sonra Səbuhinin də cəsədi rayonun Əyyublu kəndində ağacdan asılı halda tapılıb. Cütlüyün 3 oğlu var imiş.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR