İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyə hazırlaşır – Mirzoyan açıqladı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Deutsche Welle"-yə müsahibəsində bildirib ki, ölkə Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində rəsmi kurs götürüb və bununla bağlı qanun artıq qəbul edilib.

Mirzoyanın sözlərinə görə, yeni qanun Ermənistan hökumətini Aİ-yə üzvlük məqsədinə yönəlməyə məcbur edir.

“Dəqiq tarix deyə bilmərəm — bu, gələn ay da ola bilər, gələn il də. Çünki çoxlu amillərdən asılıdır. Amma dediyim kimi, bu, artıq bizim rəsmi siyasətimizdir,” – deyə Mirzoyan vurğulayıb.

Musavat.com-un məlumatına görə nazir əlavə edib ki, hazırda Ermənistan ilə Aİ arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi qüvvədədir və tərəflər vizaların sadələşdirilməsi prosesi üzərində işləyirlər.

Bundan başqa, İrəvan və Brüssel arasında bir neçə yeni sənəd üzrə danışıqlar aparılır, eləcə də yeni tərəfdaşlıq proqramı üzərində iş başa çatıb. Mirzoyanın sözlərinə görə, həmin proqram ən geci üç ay ərzində imzalanacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR