İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir əmr imzaladı - 3 qurum ləğv olundu

Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazirlik müvafiq qərar qəbul edib.

Qərara əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib.

Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR