Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın nüfuzlu “The Economist” jurnalı Ukrayna müharibəsinin gedişi ilə bağlı diqqətçəkən təhlil yayıb.
Musavat.com xəbər verir ki, nəşrin hesablamalarına görə, əgər döyüşlər hazırkı sürətlə davam edərsə, Rusiya Ukraynanın bütün ərazisini yalnız 103 ildən sonra işğal edə bilər.
Məqalədə qeyd olunur ki, Kreml son iki il ərzində Luqansk və Donetsk vilayətlərində cüzi irəliləyiş əldə etsə də, Ukrayna ordusunun müqaviməti və Qərbdən gələn dəstək bu prosesin sürətini xeyli ləngidir.
“The Economist”in analitikləri hesab edir ki, Rusiyaya Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərini tamamilə ələ keçirmək üçün ən azı 2030-cu ilin iyun ayına qədər vaxt lazımdır.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ