İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusunda vəhşilik: çağırışçılar döyülərək Donetskə göndərilib – müqavilədən imtina edənlərə atəş açıblar SENSASİYA

Rusiyada gizli səfərbərlik faktları getdikcə açıq üzə çıxır. Elit hərbi hissələrdə xidmət edən iki çağırışçının ailələri bildirib ki, oğullarını Ukrayna müharibəsinə göndərmək üçün zorla müqavilə imzalatmağa çalışıblar.

Musavat.com xəbər verir ki, “Exo” nəşrinin məlumatına görə, 2024-cü ilin yaz və yay aylarında hərbi xidmətə çağırılan əsgərlər amansız rəftara məruz qalıb.

Onlar döyülüb, yuxusuz və rabitəsiz saxlanılıb. Müqavilə imzalamaqdan imtina edənlərə isə pnevmatik silahlarla atəş açıblar.

Mənbənin bildirdiyinə görə, bəzi əsgərlərə veriləcək ödənişlərin sənədlərində bilərəkdən başqa şəxslərin bank rekvizitləri qeyd olunub. Bu, onların müqaviləli hərbçi kimi qeydə alınmasını çətinləşdirmək məqsədi daşıyıb.

Əsgərlərin cəbhəyə göndərilməsi son anda baş tutmayıb. Onları Donetskə aparacaq avtobus hərbi hissəyə gedib, lakin bölük komandiri vəziyyətə müdaxilə edərək çağırışçıları xilas edib.

Hadisə Rusiyanın ordu sistemindəki xaosu və zorakılıq mühitini bir daha üzə çıxarıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR