Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşdən sonra Tomahawk raketləri ilə bağlı razılaşmanın detalları barədə ictimai açıqlama verməmək barədə qərar qəbul edildiyini bildirib.
Musavat.com xəbər verir ki, Zelenski bu addımın səbəbini Vaşinqtonun münaqişənin eskalasiyasını istəməməsi ilə izah edib. O, eyni zamanda ərazi məsələsinin ən çətin və ən həssas məsələ olduğunu vurğulayıb:
“Ruslar həqiqətən də bütün ərazini işğal etmək istərdilər. Amma atəşkəsdən əvvəl ərazilərlə və digər məsələlərlə bağlı hansısa razılaşmalar etmək... Məncə, ilk addım atəşkəsə nail olmaqdır”.
Zelenski əlavə edib ki, Kiyev Trampa etibar edir və ABŞ liderinin bu müharibəyə son qoymaq niyyətində olduğuna inanır:
“Biz Trampa etibar edirik, çünki o, bu müharibəni bitirmək istəyir”.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ