Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtondadır.
Musavat.com xəbər verir ki, ABŞ və Rusiya prezidentləri telefon danışığı apardıqları saatlarda Zelenskinin təyyarəsi Vaşinqtona enib.
Ukrayna prezidenti özü bu barədə paylaşım edib: “Artıq Vaşinqtonda. Bu gün biz müdafiə şirkətlərinin nümayəndələri, müdafiəmizi mütləq gücləndirə biləcək güclü silah istehsalçıları ilə görüşürük. Xüsusilə biz hava hücumundan müdafiə sistemlərinin əlavə təchizatını müzakirə edəcəyik. Həmçinin bu gün biz Amerikanın enerji şirkətlərinin nümayəndələri ilə görüşürük".
Zelenski ilə Trampın görüşü sabaha nəzərdə tutulub.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ