Onlayn ictimai-siyasi qəzet
Putin 4 ildən sonra ilk dəfə Avropaya səfər edəcək
Rusiya prezidenti Vladimir Putin 2021-ci ildən bəri ilk dəfə Avropa İttifaqına səfər edəcək.
Musavat.com xəbər verir ki, Kreml rəhbərinin Avropaya sonuncu səfəri 2021-ci il iyunun 16-da baş tutmuşdu. Həmin vaxt Putin İsveçrənin Cenevrə şəhərində ABŞ prezidenti Co Baydenlə görüşərək strateji sabitlik məsələlərini müzakirə etmişdi.
Görüşün yekununda Putin və Bayden birgə bəyanat imzalayaraq “nüvə müharibəsində qalib ola bilməz və belə müharibə heç vaxt aparılmamalıdır” prinsipini bir daha təsdiqləmişdilər. Səfər çərçivəsində Rusiya lideri İsveçrə prezidenti Gi Parmelenlə də görüş keçirmişdi.
İndi isə Putinin Avropa İttifaqına planlaşdırılan səfəri Qərb-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, bu addım Ukrayna münaqişəsinin həlli və gələcək təhlükəsizlik memarlığının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyacaq.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ