Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün rəsmi sosial media hesabında Vladimir Putinlə hazırda davam edən telefon danışığı barədə açıqlama verib.
Tramp paylaşımında bildirib ki, söhbət “uzun və əhəmiyyətli” xarakter daşıyır və yekunlaşdıqdan sonra hər iki tərəf ictimaiyyətə geniş məlumat verəcək:
“Hazırda prezident Putinlə danışıram. Söhbət davam edir və kifayət qədər uzundur. Yekunlaşdıqdan sonra mən söhbətin məzmunu barədə məlumat verəcəyəm – prezident Putin də. Bu məsələyə diqqətinizə görə təşəkkür edirik!”
Bu paylaşım həm Vaşinqtonda, həm də Moskvada ciddi rezonans doğurub. Analitiklər bu əlaqəni Tramp administrasiyasının Rusiya ilə münasibətləri yeni səviyyəyə qaldırmaq cəhdi kimi qiymətləndirirlər.
Trampın bu açıqlaması, sabah Ağ Evdə keçirilməsi planlaşdırılan Zelenski ilə görüş ərəfəsinə təsadüf edir. ABŞ prezidentinin Putinə zəngi, məhz Ukrayna müharibəsinin gedişatını dəyişə biləcək qərarların – xüsusilə də “Tomohavk” raketlərinin Kiyevə verilib-verilməməsi məsələsinin müzakirəsi ilə əlaqələndirilir.
Musavat.com hesab edir ki, bu danışıqlar yalnız Rusiya-Ukrayna cəbhəsinə deyil, bütövlükdə qlobal təhlükəsizlik arxitekturasına təsir göstərə bilər. Tramp və Putinin eyni vaxtda “danışığın nəticələrini açıqlayacağı” barədə vurğusu isə görüşün nəticələrinin koordinasiyalı şəkildə təqdim ediləcəyinə işarə kimi qiymətləndirilir.
Musavat.com
17 Oktyabr 2025
02:59 “Atletik Bilbao”dan “Qarabağ”a qarşı 9 qol hədəfi – Valverdenin iddialı, amma təhlükəli arzusu
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ