Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton ən azı 18 məxfi məlumatın yanlış idarə edilməsində ittiham olunur.
Musavat.com xəbər verir ki, açıqlamanı ABŞ Ədliyyə Nazirliyi yayıb.
Bildirilir ki, konkret olaraq, o, məxfi məlumatların üçüncü şəxslərə ötürülməsi ilə bağlı səkkiz faktda, eləcə də bu cür sənədlərin qeyri-qanuni saxlanması ilə bağlı on faktda şübhəli bilinir. Günahı sübuta yetirilərsə, hər bir maddə 10 ilə qədər həbs cəzası nəzərdə tutur.
Açıqlamaya görə, prezidentin keçmiş köməkçisi məxfi sənədləri şəxsi elektron poçtu və öz mesajlaşma hesabları vasitəsilə ötürüb. Bu materiallarda ABŞ ordusunun hələ həyata keçirilməmiş əməliyyatları haqqında məxfi məlumatlar, həmçinin Amerikanın düşmənləri, xarici liderlər və ABŞ administrasiyasının xarici siyasəti haqqında məlumatlar olub.
Daha əvvəl CNN öz mənbələrinə istinadən xəbər vermişdi ki, Merilend ştatında böyük münsiflər heyəti Boltonu məxfi məlumatlarla düzgün işləmədiyinə görə ittiham edib. Kanalın mənbələrinə görə, o, məxfi məlumatları həyat yoldaşı və qızı ilə paylaşmış ola bilər.
Bolton özü ittihamları rədd edərək, prosesin arxasında Donald Trampın siyasi qisas cəhdinin dayandığını bildirir: o, Trampın ən böyük tənqidçilərindən biridir.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ