İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada dərman qiymətləri sürətlə artır

Rusiyada dərman vasitələrinin qiymətləri son bir il ərzində orta hesabla 14 faiz artıb.

Musavat.com xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, bəzi preparatlarda qiymət artımı daha da yüksək olub. Məsələn, məşhur ağrıkəsici “Ketorol” 30 faiz bahalaşaraq 55 rubl, spazmolitik “No-şpa” isə 15 faiz artaraq 462 rubl təşkil edib.

Qiymətlərin qalxmasının əsas səbəbləri apteklərin və istehsalçıların xərclərinin artması, həmçinin logistika və idxal komponentlərinin bahalaşması ilə bağlıdır. Xarici valyutaların dəyərinin yüksəlməsi də idxaldan asılı olan dərmanların maya dəyərinə birbaşa təsir göstərir.

Bu tendensiya davam edərsə, xüsusilə payız-qış mövsümündə əhali üçün vacib dərmanların qiyməti daha da arta bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR