İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya alkoqoldan xilas ola bilmir

Rusiyada alkoqol asılılığı ilə bağlı vəziyyətin pisləşməsi fonunda yerli hakimiyyət orqanları sərt addımlar atmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, Altay Respublikasının rəhbərliyi istirahət və bayram günlərində alkoqollu içkilərin satışına tam qadağa qoymaq niyyətindədir. Qanun layihəsinə görə, həftə içi günlərində spirtli içkilərin satışı yalnız saat 11:00-dan 19:00-dək, cümə günləri isə 16:00-dək icazə veriləcək.

Yeni qaydalar çərçivəsində həmçinin alkoqol və tütün məhsullarının vitrinlərdə açıq şəkildə nümayişi qadağan olunacaq, yaşayış binalarında fəaliyyət göstərən və “nalivayka” adlanan içki məkanları isə bağlanacaq.

Respublikanın rəhbəri Andrey Turçak sərt tədbirlərin alkoqol istifadəsi ilə bağlı yüksək ölüm səviyyəsi ilə izah olunduğunu bildirib. Onun sözlərinə görə, bu addımlar regionda ictimai sağlamlığın qorunması və asılılığın azaldılması üçün atılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR