Onlayn ictimai-siyasi qəzet
Uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmış Ramiz Mehdiyevin həbsinin ardınca onun milyonlarla ölçülən əmlakı, sərvəti ortaya çıxdı. Ümumiyyətlə, hər dəfə ölkədə hansısa yüksək rütbəli məmurun həbsi xəbərinin ardınca saysız-hesabsız evləri, villaları, mənzilləri, torpaq sahələri və digər əmlakları üzə çıxır. Onda belə çıxır ki, deməli hər gün tikilən yeni binalar, satışa çıxarılan bahalı mənzillər həmin vəzifəli şəxslərin və onların yaxın çevrəsinin “investisiya” adı altında aldığı mülkləridir?
Əlbəttə ki, bir məmurun dəyəri milyonlarla ölçülən bu qədər əmlakı xalqın hesabına, dövlət vəzifəsindən sui-istifadə etməklə əldə etdiyi hamıya məlumdur. Bəs müsadiə olunan bu əmlakların taleyi necə olmalıdır? Əgər bu əmlaklar xalqın hesabına, dövlət vəzifəsindən sui-istifadə etməklə əldə edilibsə, elə xalqın özünə verilməlidir, yoxsa necə?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ