İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın separatçılara yanaşması—onlardan canını qurtarmağa çalışır

Ermənistan baş naziri Nikol Paşinyan yenə də Bakıda saxlanılan ermənilər barədə danışmaqdan yayınaraq deyib:

 “Azərbaycanda saxlanılan şəxslərlə bağlı biz gündəlik rejimdə işləyirik və konkret nəticələr əldə etmək üçün maksimum səy göstəririk. Mənim yanaşmam belədir: bu nəticələr olmayınca, bu barədə danışmıram”.

Əslində isə Paşinyan üçün həmin şəxslər “xilas edilməli vətəndaşlar” yox, siyasi yükdür. Onların çoxu keçmiş Qarabağ rejiminə və “köhnə klana” mənsubdur — yəni Paşinyanın hakimiyyətinə qarşı çıxan, onu devirmək istəyən qüvvələr.

Musavat.com onu da qeyd edir ki, İrəvanda yaxşı bilirlər ki, əgər Paşinyanın əlində real imkan olsaydı, o, Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı da tutub Bakıya təhvil verərdi. Çünki onlar Paşinyanın ən ciddi siyasi rəqibləridir və bugünkü erməni hakimiyyətinin əsas düşmənləri sayılır.

Belə görünür ki, Paşinyan üçün Bakıda saxlanılan Xocalı qatilləri nə “milli məsələ”, nə də “insani dəyər” daşıyır. Əksinə — o, bu insanların Bakı həbsxanasında qalmasından öz siyasi mövqeyinin güclənməsi üçün istifadə edir.

Paşinyanın sükutu – qorxunun, yoxsa razılığın əlamətidir?

Hər halda, Ermənistan rəhbəri üçün indi əsas məqsəd “sülh” görüntüsü yaratmaq, keçmiş cinayətkar elitanı isə tarixdən silməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR