Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 18-də Qətər və Türkiyənin vasitəçiliyi ilə Dohada keçirilən danışıqlar zamanı Əfqanıstan və Pakistan nümayəndələri sərhəddə dərhal atəşkəs barədə razılığa gəliblər.
Musavat.com xəbər verir ki, məlumatı Qətər Xarici İşlər Nazirliyi yayıb: “Danışıqlar raundunda tərəflər dərhal atəşkəs və iki ölkə arasında sülhün bərqərar olması və sabitliyin möhkəmləndirilməsi üçün mexanizmlərin yaradılması barədə razılığa gəliblər”.
Müqaviləni Əfqanıstan və Pakistanın müdafiə nazirləri Məhəmməd Yaqub Mücahid və Xavaca Asif, həmçinin Qətər və Türkiyə nümayəndələri imzalayıblar. Münaqişə tərəflərinin nümayəndə heyətləri atəşkəs rejiminin qorunması və ona tam əməl olunması məqsədi ilə yaxın günlərdə məsləhətləşmələr aparmağa razılaşıblar.
Musavat.com
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ