Onlayn ictimai-siyasi qəzet
İranla bir sıra aparıcı ölkələr arasında imzalanmış nüvə sazişinin müddəti başa çatıb.
Musavat.com xəbər verir ki, İran XİN-in bununla bağlı açıqlamasında artıq ölkənin nüvə proqramına hər hansı məhdudiyyət qalmayıb: “Bundan sonra sazişin bütün müddəaları, o cümlədən İranın nüvə proqramına və bununla bağlı mexanizmlərə məhdudiyyətlər ləğv edilmiş sayılır”.
Qeyd edək ki, 2015-ci ildə İran rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan saziş imzalayıb və bu saziş nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində beynəlxalq sanksiyaları ləğv edib. Sazişin digər tərəfləri İran, Çin, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və ABŞ olub.
2018-ci ildə Donald Tramp sazişin demokrat Barak Obama tərəfindən imzalandığını və ABŞ-ın maraqlarına zidd olduğunu əsas gətirərək ondan çıxıb.
Musavat.com
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ