İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada iki iri zavodda partlayış və yanğın – VİDEO

Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərində yerləşən neft emalı zavodu pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra yanıb.

Musavat.com xəbər verir ki, Volqa bölgəsindəki ən böyük neft emalı müəssisələrindən biri hesab olunan bu zavod “Rosneft” şirkətinə məxsusdur.

Eyni zamanda, Orenburq vilayətindəki qaz emalı zavodunun yaxınlığında da partlayış səsləri eşidilib. Hadisə zamanı zavodun sexlərindən biri alovlanıb.

Məlumata görə, sözügedən müəssisə Rusiyanın ən iri qaz emalı zavodlarından biridir və onun illik emal gücü 37,5 milyard kubmetr qaz təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR