Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın vitse-prezidenti J.D.Vens süni intellektlə yaradılan və prezident Donald Trampı kral kimi təsvir edən video yayımlayıb.
Musavat.com xəbər verir ki, kadrlarda Trampın tac, xalat geyindiyi və qılınc tutduğu görünür. Neyroşəbəkə tərəfindən yaradılan videonun sonunda Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi və Senatda Azlıqların Lideri Çak Şumer (D-NY) daxil olmaqla Demokrat Partiyasının üzvləri Trampın qarşısında diz çökürlər.
Vens bu videonu bütün ölkə boyu Trampın siyasətinə qarşı yönəlmiş “Krala yox”! etirazları fonunda yayımlayıb.
Belə ki, dünən bu aksiyalarda ən azı 7 milyon insan iştirak edib. Etirazçıların əksəriyyəti Trampın özünü, onun administrasiyasının üzvlərini və ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsini (ICE) tənqid edən lövhələr tutub. Etirazçıların əllərində olan lövhələrdə “Nifrət bizi böyük etməyəcək”, “Diktatorlara yox”, “Hamımız mühacirik”, “Hamı üçün azadlıq və ədalət”, “Demokratiyanı müdafiə et”, “Heç kim qanundan üstün deyil” şüarları yazılmışdı.
Musavat.com
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ