Onlayn ictimai-siyasi qəzet
Yaponiyanın Osaka, Toyama, Hirosima və Kaqosima universitetlərinin alimləri qorxu, stres və depressiyaya qarşı yeni nəsil preparat hazırlayıblar.
Musavat.com xəbər verir ki, onların yaratdığı PA-915 adlı maddə, psixoloji pozğunluqlara qarşı mübarizədə inqilabi addım hesab olunur.
Mütəxəssislərin açıqlamasına görə, PA-915 beynin stres və qorxuya cavab verən PAC1 reseptorlarını bloklayır. Bunun nəticəsində, cəmi bir inyeksiyadan sonra belə depressiya, narahatlıq və zehni disbalans əlamətləri aradan qalxır.
Təcrübələr göstərib ki, dərmanın təsiri 8 həftəyə qədər davam edir. Daha maraqlısı, PA-915 sinir hüceyrələri arasındakı əlaqələri bərpa edir, bu isə beynin normal fəaliyyətini geri qaytarır.
Alimlər qeyd edir ki, klinik sınaqlar zamanı sağlam heyvanlarda heç bir davranış pozğunluğu müşahidə olunmayıb, bu da preparatın təhlükəsiz hesab edilməsinə əsas verir.
Bu kəşf dünya elminin psixoloji xəstəliklərə qarşı mübarizəsində yeni mərhələ kimi qiymətləndirilir.
Musavat.com
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ