İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya rusların kütləvi deportasiyasını planlaşdırmır – Riqadan açıqlama

Latviyanın daxili işlər naziri Rixard Kozlovskis bəyan edib ki, ölkə rus vətəndaşlarının kütləvi şəkildə deportasiyasını planlaşdırmır.

Musavat.com xəbər verir ki, nazir bu barədə yerli mediaya açıqlamasında deyib:

“Biz hər hansı kütləvi çıxarılma nəzərdə tutmuruq. Ayrı-ayrı hallar var və çox güman ki, gələcəkdə də olacaq. Lakin hər bir qərar fərdi qaydada qəbul ediləcək".

Nazirin sözlərinə görə, hazırda təxminən 500 Rusiya vətəndaşı daimi yaşayış icazəsi almaq üçün tələb olunan şərtləri yerinə yetirməyib və bu səbəbdən deportasiya riski altındadır.

Kozlovskis əlavə edib ki, hökumət bu prosesi qanun çərçivəsində və insan haqlarına hörmətlə həyata keçirməyi planlaşdırır. Bununla belə, Latviyada yaşayan rus icması vəziyyəti sosial gərginliyin artması baxımından narahatedici hesab edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR