Onlayn ictimai-siyasi qəzet
“Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyan Samvel Karapetyanın işi ilə bağlı yaranmış vəziyyəti şərh edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, baş nazir Nikol Paşinyanın öz məqsədini və atdığı addımları dəqiq bildiyini söyləyib.
Marukyan qeyd edib ki, Paşinyan hökuməti hərəkətlərini planlı şəkildə həyata keçirir, lakin müxalifət düşərgəsinin nə istədiyini və hansı istiqamətdə hərəkət etdiyini özü də dəqiqləşdirməyib.
Siyasətçinin sözlərinə görə, Samvel Karapetyanla bağlı məhkəmə prosesi hüquqi qaydada davam edəcək, və bu, Ermənistanın daxili siyasi vəziyyətinə ciddi təsir göstərəcək.
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ