Onlayn ictimai-siyasi qəzet
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirilən matçda topuğundan zədə alan Fransa millisinin üzvü Kilian Mbappenin yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşib.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, hücumçu milli fasilədən sonra çıxış etdiyi "Real" (Madrid, İspaniya) klubunun düşərgəsinə komanda yoldaşlarından sonra qoşulacaq.
Bununla belə o, "kral klubu"nun çərşənbə axşamı üçün təyin olunan məşqində iştirak edəcək.
Qeyd edək ki, Kilian Mbappe İspaniya La Liqasının IX turunda "Xetafe"yə qarşı matçda meydana çıxa bilər.
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ