İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq deputatdan ifşaedici AÇIQLAMA: “Ramiz Mehdiyev erməni arvadının əli ilə...”

Ramiz Mehdiyevi illər əvvəl açıq şəkildə tənqid edən siyasətçilərdən biri də Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı olub. Onun illər əvvəl verdiyi açıqlamalar bu gün təsdiqini tapır.

Xəbər verildiyi kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.

FEZAİL.jpg (77 KB)

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən Fəzail Ağamalı bunları deyib:

“2001-ci ildən bəri dediklərim bu gün təsdiqlənir. Ramiz Mehdiyev Rusiyanın Azərbaycanda bir nömrəli rezidenti idi. O, hətta sovet dövründə də Rusiyaya ən sadiq şəxslərdən biri olub. Hamıya məlumdur ki, onun həyat yoldaşı ermənidir. Məhz erməni yoldaşının əlaqələri hesabına Kommunist partiyasına gətirildi və sonra pillə-pillə yüksəldi. Sovet hakimiyyəti süquta uğrayandan sonra işsiz qaldı, lakin müəyyən yollarla yenidən Prezident Administrasiyasına daxil oldu.

2001-ci ildə Ulu Öndər Heydər Əliyevin səhhətində ciddi problem yarananda Ramiz Mehdiyev Moskvanın dəstəyi ilə siyasi arenada önə çıxmağa başladı. Bir çox qəzet və saytlar onun reytinqini süni şəkildə qaldırmağa başladı, onu Heydər Əliyevdən sonra ölkənin ən nüfuzlu siyasətçisi kimi təqdim edirdi. Bu isə onu göstərirdi ki, Moskva vəziyyətdən istifadə edərək onu prezident etmək istəyirdi. Ramiz Mehdiyev bütün varlığı ilə, ruhu ilə Kremlə, onun siyasi elitasına və xüsusi xidmət orqanlarına bağlı bir fiqur idi. Onunla bağlı müxtəlif yazılarda, araşdırmalarda – xüsusilə də “Yeni Müsavat” qəzetində – ciddi tənqidlər və ifşaedici materiallar dərc olunmuşdu. Gec də olsa, həqiqət artıq zəfər çalır. Nəticə olaraq, Azərbaycan dövlətçiliyinə problemlər yaradan, qurduğu şəbəkə ilə Kremlə xidmət edən Ramiz Mehdiyevin sonu elə belə olmalı idi”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR