İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya benzin və dizel idxalını rüsumdan azad etdi

Rusiya hökuməti üçüncü ölkələrdən neft məhsullarının idxalına rüsumları ləğv edib.

Musavat.com xəbər verir ki, məlumatı Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlayıb.

Onun sözlərinə görə, hazırda idxal imkanları infrastrukturla məhdudlaşır:

"Bu idxal imkanı var. Bizim qanunvericilik bunu nəzərdə tutur və hökumət idxal rüsumunu aradan qaldırıb — əvvəllər qadağanedici 5 faizlik rüsum qüvvədə idi. Ona görə də təsərrüfat subyektləri benzin, dizel yanacağı və neft məhsulları tədarük edə bilərlər. Lakin biz başa düşürük ki, infrastrukturumuz əsasən ixraca yönəlib, ona görə də imkanlar məhduddur. Buna görə də, iqtisadi operatorlar idxal imkanları tapsalar, belə bir fürsət var".

Qeyd edək ki, bu ilin əvvəlindən etibarən Rusiyada benzin və dizel yanacağının kəskin bahalaşması müşahidə olunur. Bu proses yaydan – Ukrayna neft emalı müəssisələrinə zərbələri bərpa edəndən daha da sürətlənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR